YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Prezidentin son qərarları böyük sosial islahatlar paketinin tərkib hissəsidir

“Cənab Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişaf etdirilməsinə xidmət edən sərəncamları, fərmanları və qərarları realaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqını 38 faiz artırılması, 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş olur.

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyev sosial tədbirlərin davam etdirilməsi üçün müvafiq addımların atılması üçün tapşırıqlar da verib: “Məsələn, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu problemlə də əlaqədar cənab Prezident xüsusi həssaslıq nümayiş etdirmiş və bu məsələnin də vətəndaşların xeyrinə həll edilməsi üçün müvafiq göstərişlər vermişdir. Əminəm ki, bu problem də qısa zaman ərzində həllini tapacaq”.

S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən atılan addımlar, görülən işlər bir daha isbatlayır ki, Azərbaycanda həyata keçirilən sosial siyasət sistemli, düşünülmüş kompleks tədbirlərdən ibarətdir.