YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda seminar keçirilir

Oktyabrın 23-də Bakıda “Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” mövzusunda seminar öz işinə başlayıb. Seminarda hökumət nümayəndələri, Milli Məclisin deputatları, respublikamızın tanınmış tibb mütəxəssisləri ilə yanaşı, Türkiyə, Xorvatiya və Moldovadan da səhiyyə işçiləri iştirak edirlər.

Qonaqları salamlayan Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə səhiyyə sahəsində əldə olunmuş nailiyyətlərdən danışıb. Baş nazirin müavini ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülmüş işlərə də nəzər salaraq seminarın buişə töhfə verəcəyinə əminliyini bildirib.

Sonra icbari tibbi sığortanın tətbiqi ilə bağlı Türkiyə və Moldovanın təcrübəsi ilə bağlı məruzələr dinlənilib.

Seminar öz işini davam etdirir.

 

DİGƏR Xəbərlər Arxiv