YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrə azərbaycanlıları Xocalı faciəsinin ildönümü ilə əlaqədar aksiya keçiriblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində İsveçrədə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

İsveçrədəki səfirliyindən verilən məlumata səasən, İsveçrənin paytaxtı Bern şəhərinin mərkəzi “Kornhausplatz“ meydanında Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən kütləvi aksiya təşkil olunub.

İlk öncə aksiya iştirakçıları Xocalı qurbanlarını bir dəqiqəlik sükutla anıblar.

Aksiya iştirakçıları tərəfindən üzərində “Xocalıya ədalət!”, “Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!”, “Biz torpaqlarımızın azad olunmasını tələb edirik” kimi şüarlar həkk olunmuş transparantlar nümayiş etdirilib. Meydanda qurulmuş sərgidə Xocalı faciəsinə aid şəkillər, uşaqlar tərəfindən “Xocalı uşaqların gözü ilə” mövzusunda çəkilən rəsm əsərləri və dünyanın ən nüfuzlu mətbuat orqanlarında qətliam barədə dərc olunmuş məqalələr nümayiş etdirilib.

Aksiya çərçivəsində, həmçinin qərb ölkələrində kədər rəmzi olan yüzlərlə sarı gül, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktların əks olunduğu bröşürlərlə birgə yerli əhali və şəhərin qonaqları arasında paylanıb.