YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkənddəki diasporumuzun Xocalı faciəsi ilə bağlı bəyanatı beynəlxalq təşkilatlara göndəriləcək

Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı tədbir keçirib.

Tədbirdə RAMMM-ın sədri Firdovsi Hüseynov Xocalı faciəsinin yaranma səbəbləri və nəticələri haqqında danışıb. Sonra qurumun üzvləri adından Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanatı oxuyub.

Qeyd olunub ki, bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, habelə UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə və digər beynəlxalq təşkilatlara göndəriləcək.

Sonra çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayı ilə birgə görünməmiş vəhşiliklər törətdiyi, uşaqları, qadınları və qocaları xüsusi qəddarlıqla qətlə yetirdiyi, südəmər körpələrin süngüyə keçirildiyi barədə danışıblar.

Qeyd olunub ki, Azərbaycan xalqı hər il fevralın 26-da Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edir, bununla bağlı izdihamlı yürüşlər və anım mərasimləri keçirilir.