Xəbərlər
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik

“ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən konkret nəticələr gözləyirik”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, həmsədrlərin bugünlərdə regiona etdikləri səfər ictimaiyyətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyası beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Amma həmsədrlər bu məsələdə prinsipiallıq göstərmirlər.
« Münaqişə o zaman sülh yolu ilə həll oluna bilər ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilsin və həmsədrlər prinsipiallıq göstərsinlər. Eyni zamanda, Ermənistanın yeni hakimiyyəti də anlamalıdır ki, işğalçılıq siyasətinə son qoyulmasa bu ölkənin perspektivi yoxdur»- deyə, E.Məmmədov vurğulayıb.