YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehman İsmayılov: Dəyərlərimiz cəmiyyətdə milli həmrəylik, birlik ruhunu oyadır

“Bu gün Azərbaycan gəncliyidünya gəncliyinin bir hissəsidir. Bu mənada gəncliyimizin dünyaya inteqrasiyası, bəşəri dəyərləri mənimsəməsi əhəmiyyətlidir”. Bu fikirləri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçi direkrtoru Mehman İsmayılov deyib.

M.İsmayılov bildirib ki, bu gün dəyərlərin qorunması son dərəcə vacibdir. Onun sözlərinə görə, qloballaşma bizə öz dəyərlərimizi tanıtmaq imkanı da verir.

“Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir. Milli-mənəvi dəyərlərimizin təbliği işi dövlət səviyyəsində aparılır. Bu dəyərlər cəmiyyətdə milli həmrəylik, birlik ruhunu oyadır, yad təsirlərin qarşısını alır”-icraçı direktor qeyd edib.