YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb

Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana (ebook.yap.az) yaradılıb.

Elektron kitabxanada müxtəlif sahələr üzrə çoxsaylı nəşrlər yerləşdirilib. Belə ki, e-kitabxanada müxtəlif  kateqoriyalar üzrə kitablar elektron qaydada təqdim olunur. Bu kateqoriyalara Yeni Azərbaycan Partiyasının nəşrləri, eləcə də, “Fəlsəfə və sosiologiya”, “Tarix”, “İqtisadiyyat”, “Siyasət və hüquq”, “Elm və təhsil”, “Mədəniyyət və turizm”, “Dilçilik”, “Ədəbiyyatşünaslıq”, “Bədii ədəbiyyat”, “İnformatika və rabitə”, “Din”, “Təbiət elmləri”, “Kənd və meşə təsərrüfatı”, “Tibb və səhiyyə”, “Hərbi iş”, “İdman”, “Ekologiya və neft” və “Müxtəlif kitablar” daxildir.

E-kitabxanada       Yeni Azərbaycan Partiyasının nəşrlərindən “Heydər Əliyev”, “İlham Əliyev”, “Yeni Azərbaycan Partiyası”, “Azərbaycan müasir dünyada”, “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” və digər  kitablar elektron qaydada təqdim olunur.

“Siyasət və hüquq” kateqoriyasında isə “İlham Əliyev: İnkişaf məqsədimizdir” çoxcildliyi və digər ədəbiyyatlardan geniş oxucu kütləsi istifadə edə bilər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında yaradılmış elektron kitabxanada sadalananlarla yanaşı müxtəlif sahələr üzrə zəngin ədəbiyyat elektron qaydada təqdim edilir. Yeni Azərbaycan Partiyasının üzvləri, eləcə də bütün ictimaiyyət ebook.yap.az saytına daxil olmaqla elektron kitabxanın imkanlarından faydalana bilərlər.

DİGƏR Xəbərlər Arxiv