YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub

Fevralın 20-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.

“Azərkosmos” ASC-dən bildirilib ki, səfər çərçivəsində E.Nikolson “Azərkosmos”un rəhbərliyi ilə görüşüb. Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və bu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayan “Azerspace-2” telekommunikasiya peyki barədə məlumat verilib.

E.Nikolson kosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması məqsədilə “Azərkosmos”un nəzdində yaradılan Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Görüşdə Azərbaycanda kosmik sahədə kadr potensialının inkişaf etdirilməsi, şirkətdə toplanmış təcrübənin tələbələrə ötürülməsi və yerli mütəxəssislərin hazırlanması istiqamətində görülən işlər qeyd olunub. “Azərkosmos”un kosmik sahə üzrə startap ekosistemində gördüyü işlər qonağın diqqətinə çatdırılıb. Birləşmiş Krallığın Kosmik Agentliyi və “Azərkosmos” arasında qurulan əməkdaşlığın perspektivləri müzakirə olunub. Peyk texnologiyaları sahəsində qlobal trendlər və telekommunikasiya sektorunun dəyişən dinamikası haqqında da fikir mübadiləsi aparılıb.