YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Avstriyanı uzun illərdən bəri möhkəm dostluq əlaqələri bağlayır

“Azərbaycan və Avstriyanı uzun illərdən bəri möhkəm dostluq əlaqələri bağlayır. Mənim Yeni İpək Yolundan gözləntilərim çoxdur. Ümid edirik ki, ölkələr arasında əlaqələr bu yol vasitəsilə daha da dərinləşəcək. Avtomobil və dəmir yolları infrastrukturunu inkişaf etdirərkən nəzərə almalıyıq ki, bu bağlantılar ölkələr arasında iqtisadi əməkdaşlığı da inkişaf etdirəcək”.

Bu fikri fevralın 20-də ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Vyanada keçirilən 5-ci iclasında iştirak edən Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya naziri Norbert Hofer bildirib.

Nazir vurğulayıb ki, iqtisadiyyatın inkişaf etdiyi yerdə insanlar, işgüzar dairələr və şirkətlər arasında işbirliyi artır. Bu isə öz növbəsində ölkələrimizə yalnız xeyir gətirə bilər.