YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsinə dair danışıqların siyasi və təhlükəsizlik, eləcə də ticarət istiqamətləri üzrə davam etdirilməsi məqsədilə Avropa İttifaqının nümayəndə heyətləri ölkəmizə səfər edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyində Aİ tərəfindən Saziş üzrə əsas nümayəndə, Avropa Xarici Fəaliyyət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Lyuk Dövinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu baş tutub.

Həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aİ nümayəndə heyəti ilə görüşüb.

Aİ-nin Ticarət üzrə Baş Direktorluğunun nümayəndəsi Petros Sourmelisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan tərəfi ilə Saziş layihəsinin ticarət sahəsi üzrə danışıqlarını bu il fevralın 15-20-də Bakıda davam etdirib.

DİGƏR Xəbərlər Arxiv