YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Əmanətlərin tam sığortalanmasının daha bir il müddətinə uzadılması banklara inamı artıracaq

““Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliklər əhəmiyyətlidir”. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bu dəyişikliklər əmanətlərin tam sığortalanmasının daha bir il müddətinə uzadılmasını nəzərdə tutur. Onun sözlərinə görə, qanun 2016-cı il martın 4-dən qüvvədədir və onun qüvvədə olma müddəti 2019-cu il martın 4-də bitirdi.

“Qanunun qüvvəsinin daha bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək. Bu fakt əhalinin bank sektoruna inamını daha da artıracaq”-deyə, komitə sədri qeyd edib.