YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi Cənubi və Mərkəzi Avropa bazarlarına çıxmaq üçün şərait yaradacaq

Daşkənddə Özbəkistan-Gürcüstan İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib. Tədbirdən sonra keçirilən mətbuat konfransında Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiya və ticarət nazirinin mavini İbrahim Erqaşev bildirib ki, onun ölkəsi Azərbaycan və Gürcüstan ərazisindən keçən yüklərin həcmini və çeşidini dəfələrlə artırmaq niyyətindədir.

İ.Erqaşev deyib ki, tarif siyasətinin fəallaşması, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi Cənubi və Mərkəzi Avropa bazarlarına çıxmaq üçün kifayət qədər münbit şərait yaradacaq.

Gürcüstanın iqtisadi inkişaf nazirinin mavini Mixeil Canelidze qeyd edib ki, 15 illik fasilədən sonra Özbəkistan may ayında Poti limanından pambıq göndərilməsini bərpa edib. Nazir müavini deyib ki, bu ilin sonunadək Özbəkistan Gürcüstan ərazisi ilə 250 min ton pambıq mahlıcı göndərməyi planlaşdırır.

 

DİGƏR Xəbərlər Arxiv