YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə Macarıstanın milli bayramı münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan ilə Macarıstanı möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Macarıstan xalqına daim sülh və rifah diləyirəm.”