YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Görülən işləri kiminsə öz adına çıxması yolverilməzdir

“Bəzi insanlar ölkə başçısı tərəfindən həyata keçirilən layihələri, atılan addımları öz adlarına yazmağa çalışırlar. Əslində həmin şəxslər xalqı aldamaq üçün bu addımları atırlar”. Bu fikirləri YAP İcra katibinin müavini,  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

“Bilirsiniz ki, cənab İlham Əliyev Prezident seçildiyi gündən islahatların keçirildiyini bəyan edib. Ayrı-ayrı sahələrdə insanların təminatı ilə bağlı proqramlar hazırlanıb və həyata keçirilib. Lakin bəziləri insanları aldatmaq, ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər. Bu onların naşılığıdır. Hansı ki, həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul ididlər”,- deyə deputat söyləyib.

S.Novruzov söyləyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində yerlərdə emal müəssiələri açılır, çox böyük proqramlar, vergidə, gömrükdə islahatlar həyata keçirilir: “Vətəndaşlar atılan bu addımları müsbət qarşılayır. Bu addımlar kiminsə yürüş, piket keçirməsinin nəticəsi deyil. Həmin şəxslər əksinə, bu layihələrin həyata keçirilməsini istəmirlər. Görülən işləri kiminsə öz adına çıxması yolverilməzdir”.