YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur.

Qanunun 6-1-ci maddənin mətninin yeni redaksiyasında deyilir: "Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".

Müzakirələrdən sonra layihə  səsə qoyularaq qəbul edilib.

DİGƏR Xəbərlər Arxiv