YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Atılan addımlar əhalinin rifah halının daha da yüksəlməsinə xidmət edir

“Son 15 ildə Azərbaycanda əmək haqlarında 7 dəfə, eləcə də minimum əmək haqlarında 6,5 dəfə artım özünü göstərib. Bu fakt uğurlu sosial siyasətin nəticəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, əhailinin rifah halının yaxşılaşdırılmasında növbəti irəliləyiş olan 8 fevral 2019-cu il tarixli Sərəncam cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz  artırılaraq 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40%-nin və ya 600 mindən çox işçinin əmək haqlarının artmasına imkan verib.

“Prezident İlham Əliyevin xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən və ya əhalinin 13 faizindən ibarət olan pensiyaçıları da əhatə edir. Dövlət başçısının müvafiq sərəncamla cari ilin əvvəlindən pensiyaların növbəti dəfə indeksləşdirilərək artırılması təmin olunub. Bütün bunlar əhalinin rifah halının daha da yüksəlməsinə xidmət edir”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv