YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası başlayıb

Fevralın 19-da Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilir.

İclasda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanın nəqliyyat sahəsində gördüyü işlər barədə danışıb. Dəmir yolu, gəmiçilik, aviasiya sahəsində əldə edilən uğurlardan bəhs edən nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının da yüksək inkişafını diqqətə çatdırıb.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanın nəqliyyat sahəsindəki fəaliyyətini yaxından izlədiklərini, ölkənin logistik mərkəzə çevrilməsinin şahidi olduqlarını bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa və Asiya arasında mühüm tranzit yolu olduğunu deyən H.Hololey Heydər Əliyev Beynəlxalq Aeroportuna səfər etdiyini, “Azərbaycan Hava Yolları” QSC-nin, “Buta Airways” şirkətinin və “Silk Way”in fəaliyyəti ilə yaxından tanış olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC böyük gəmiçilik şirkətidir və yükdaşımalarda böyük paya sahibdir.

Görüş regional əməkdaşlıq, çoxtərəfli məsələlər, hava, dəniz, yol, dəmir yolu və şəhər nəqliyyatı ilə bağlı mövzuların müzakirəsi ilə davam edir.

DİGƏR Xəbərlər Arxiv