YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və İran ailə, qadın və uşaq problemlərinin həlli sahəsində əməkdaşlığa maraq göstərirlər

Oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini xanım Şahindoxt Movlaverdi ilə görüşüb.

Beynəlxalq konfransın müzakirəsinə çıxarılan mövzunun aktuallığını vurğulayan komitə sədri tədbirin Prezident İlham Əliyevin dəstəyi ilə yüksək səviyyədə təşkil olunduğunu və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətini diqqətə çatdırdı. Qeyd edildi ki, Azərbaycanda ailə, qadın, uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. İran ilə bu sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün faydalı olardı.

Beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bölüşən Şahindoxt Movlaverdi bu istiqamətdə müvafiq proqramların tərtib olunacağını söylədi. İran və Azərbaycan xalqlarının tarixi, mədəni və dini köklərlə bir-birinə bağlı olduğunu xatırladan Ş.Movlaverdi ölkələrimiz arasında ailə və qadın məsələləri üzrə əlaqələrin genişləndirilməsi üçün çox böyük potensialın olduğunu vurğuladı.

Görüşdə ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə olundu. Həmçinin Bakıda keçirilmiş “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransda qəbul olunmuş sənədlər ətrafında fikir mübadiləsi aparıldı.