YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər

“Yaxşı olardı ki, ölkəmizdə görülən möhtəşəm işləri anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, müstəqil inkişafımıza qarşı həmin dairələr tərəfindən təzyiq, təsir mexanizmi kimi istifadə edilən, edilməyə çalışılan bəzi sapı özümüzdən olan baltalar  da görsünlər, duysunlar, anlasınlar. Bilsinlər ki, heş kim, heç bir qüvvə artıq Azərbaycanla zor, təzyiq, təhdid, diktə dili danışa bilməz”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bu yöndə edilən cəhdlər yersiz və əbəsdir. Atdıqları bumeranq kimi yalnız özlərinə dəyəcək, özlərini əzib keçəcək. Atalar məsələsində deyildiyi kimi, yel qayadan heç nə apra bilməz və bilməyəcək.

“Ona görə yaxşı olardı ki, onlar da səhvlərini, yanlışlarını nəhayət, anlasınlar, oyuncaq kimi istifadə edilməkdən qurtulsunlar və düz yola gəlsinlər. Yoxsa, onlar üçün sonra çox gec olacaq. Sosial şəbəkələr vasitəsilə şər, böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir. Bütün bunların qarşısı qanun çərçivəsində alınmalıdır. Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər. Bu reallıq dünya ölkələrində də narahatlıq doğurur və bunun qarşısını almaq üçün lazımi addımlar atılır. Azərbaycanda da bu yöndə tədbirlər görülməlidir”-deyə, deputat qeyd edib.