YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Bu il ölkəmizin iqtisadi artım tempində daha yüksək faiz qeydə alınacaq

“2019-cu ildə ölkəmizdə islahatların aparılması prioritet olaraq qalmaqdadır. Prezident İlham Əliyev bu ilin yanvarında ötən ilin yekunları ilə bağlı keçirilən müşavirədə də struktur islahatlarının aparılacağı və daha çevik idarəetmə sisteminin formalaşacağı ilə bağlı bəyanat vermişdi. Qısa müddətdən sonra biz struktur islahatlarının aparılmasını müşahidə etdik”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Azərbaycanda iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması birbaşa dərinləşən islahatlardan asılıdır. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin siyasi iradəsi 2019-cu ildə mövcud qlobal və eləcə də müasir çağırışlara uyğun olaraq islahatların dərinləşməsini həyata keçirməkdən ibarətdir.

 “Dövlət başçısı Davos İqtisadi Forumunda da çıxışı zamanı bildirdi ki, Azərbaycan qlobal və regional faktorları öz iqtisadi strategiyasında nəzərə alır. Bu o deməkdir ki, 2019-cu ilin iqtisadi islahatları eləcə də strategiyası iqtisadi islahatlar baxımından yeni bir mərhələdir. Struktur islahatları həm idarəetmədə çevikliyin artması, həm biznes mühitinin daha da yaxşılaşması, daha çox xarici və yerli investisiyanın cəlb edilməsinə nail olunması və nəticə etibarı ilə bununla da məşğulluğun və yeni iş yerlərinin təmin edilməsindən ibarətdir: “ Bu baxımdan 2019-cu ildə struktur islahatları daxil olmaqla, iqtisadi islahatların davam etdiriləcəyi artıq bəyan edilib. Bu o deməkdir ki, biz növbəti aylarda da yeni islahatları müşahidə edəcəyik. Nəticə etibarı ilə daha davamlı və impulsiv iqtisadi inkişafın formalaşmasına zəmin yaratmaqdır. 2019-cu il üçün nəzərdə tutulan iqtisadi hədəf və proqnozlara nail olmaq mümkün olacaq. Çünki, iqtisadi islahatlar nəticə etibarı ilə bunun üçün bir baza formalaşdırır. 2019-cu ildə ölkəmizdə sürətli iqtisadi artım inkişaf proqnozlaşdırılır. Əgər 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 faiz artmışdısa, 2019-cu ildə bu rəqəm 3,6 faiz olacaq. Bu isə o deməkdir ki, bu il ölkəmizdə iqtisadi artım tempində daha yüksək faiz qeydə alınacaq”-deyə, ekspert qeyd edib.