YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniya parlamentinin sədri İlir Meta Heydər Əliyev Mərkəzində olub

Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində oktyabrın 22-də Heydər Əliyev Mərkəzində olub.

Qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərən Mərkəz dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilib. Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən Mərkəzdə rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Albaniya nümayəndə heyətində böyük maraq doğurub. Qonaqlar Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə maraqla baxıblar.

Sonra nümayəndə heyəti Mərkəzdə Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən “Azərbaycan inciləri” sərgisi ilə tanış olub.

Albaniya parlamentinin sədri İlir Meta Mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb.