YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələn aydan əmək pensiyasının minimum həcmi 40 faizə yaxın artacaq

2019-cu ilin mart ayından Azərbaycanda əmək pensiyasının minimum həcmi 38,5 faiz artaraq 160 manat təşkil edəcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bundan əvvəl əmək pensiyasının minimum həcmi 116 manat olub.

S.Babayev qeyd edib ki, pensiyanın minimum həcminin artırılması 233 min pensiyaçını, o cümlədən əlilliyə görə pensiya alan 140 min nəfəri əhatə edəcək.