Xəbərlər
Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzaladı
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/701e35a21d0d607555b59b4223a99966.jpg&w=360)
Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrıldı.