YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Həştərxan vilayəti qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti oktyabrın 22-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.

Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətində nümayəndə heyəti ilə görüş olub.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə keçirilən görüşdə Azərbaycan və Rusiya arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Həştərxan vilayəti ilə Azərbaycan arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilib və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. A.Fərzəliyev Azərbaycan tərəfindən Həştərxan vilayətində aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayıb.

Xatırladaq ki, 2010-cu ildə Həştərxan şəhərinin mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olub. Abidənin yerləşdiyi və 3,5 hektar ərazini əhatə edən parkda abadlıq, yenidənqurma işləri aparılıb və sakinlərin istifadəsinə verilib.

Həştərxanda Ulu Öndərin adını daşıyan 11 nömrəli orta məktəb 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tam rekonstruksiya olunub, iki yeni korpusu inşa edilib və şagirdlərin təhsilinin lazımi şəkildə təşkili üçün bütün şərait yaradılıb.

2012-ci ildə Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya-Azərbaycan dostluq körpüsünün və Heydər Əliyev adına parkda “Arzu” uşaq-əyləncə şəhərciyinin açılış mərasimləri keçirilib.

2013-cü ildə Həştərxan şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış Müqəddəs Knyaz Vladimirin abidəsinin açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin “Arzu” uşaq kafesinin açılışında da iştirak edib.

2014-cü ildə isə Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbin nəzdində müasir memarlıq üslubunda inşa edilmiş 140 yerlik yeni uşaq bağçasının Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv