YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Sosial medianın yaratdığı ictimai fəsadlar var ki, bu da cəmiyyəti ciddi narahat edir

“İnternet həyatımıza daxil olduqdan sonra cəmiyyətin bütün sahələrdə böyük dəyişiklər baş verib. Bu bütün dünyada belədir. İnternetin sayəsində çox qısa müddətdə informasiyanın əldə olması, yayılması və tirajlanması baş verir. Dünyanın istənilən yerinə informasiya qısa müddətdə yayılır və hər kəs informasiyanın yayılması ilə məşğul ola bilir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin  müavini-İcra katibi Əli Əhmədov fevralın 13-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş zamanı deyib.

Əli Əhmədov bildirib ki, bütün buların hamısı müsbət hadisələrdir. Onun sözlərinə görə, müasir  dünyanı internetsiz təsəvvür etmək mümkün deyil.

“Amma bu prosesdə insan hüquqları ilə bağlı bizi narahat edən məqamlar ortaya çıxır. İnternetin, sosial medianın çoxlu sayda müsbət cəhətləti ilə yanaşı mənfi məqamları da var. Təəssüf ki, bu yeniliklər müsbət tərəfi ilə yanaşı, bir sıra fəsadlar da yaradır. Bu mənada sosial medianın yaratdığı ictimai fəsadlar var ki, cəmiyyətimizi narahat edir. Bunların biri informasiya təhlükəsizliyinə olan təhdidlərdir. Dünya ölkələrində də bu təhdidlərin aradan qaldırılması yönündə tədbirlər görülür. Bu baxımdan, ölkəmiz də bu təhdidlərdən kənarda qalmayıb. Ona görə də, bu təhdidlərin qarşısının alınması cəmiyyəti düşündürən məsələlərdən biridir”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv