YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Son dövrlərdə gənclərin peşə təhsilinə marağı da artıb

"Azərbaycan dünyəvi dövlət olduğu üçün burada digər dillərdə tədrisin aparılması üçün heç bir məhdudiyyət yoxdur. Müasir dövrün tələbləri nəzərə alındığı üçün “Ümumi təhsil haqqında” qanun  layihəsində tədris dilinin dövlət dilində aparılması təmin edilir". Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli  bildirib ki, “Ümumi təhsil haqqında” qanun layihəsində mövcud reallıq və perskpektivlər öz əksini tapıb.

“İndiki halda qanun layihəsində icbari təhsilin ümumi orta təhsil səviyyəsində olmasını məqsədəuyğun sayılır. İcbari təhsil ümumi orta təhsili ifadə edir. Ölkəmizdə icbari təhsil tam orta təhsili əhatə etməsə də, gənclərin tam orta təhsil səviyyəsində peşə bilikləri alması üçün ciddi tədbirlər həyata keçirilir. Buna görə də bu narahatlıq tamamilə tam aradan qalxıb. Son dövrlərdə gənclərin peşə təhsilinə marağı da artıb”-deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv