YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxı sakini: Prezident İlham Əliyev həmişə xalqa diqqət və qayğı ilə yanaşır

Prezident İlham Əliyev həmişə xalqa diqqət və qayğı ilə yanaşır, insanların problemləri ilə şəxsən maraqlanır. Bunu Şamaxı sakini Nailə Quliyeva deyib.

O qeyd edib ki, bu dəfə də zəlzələdən sonra dövlət başçısı dərhal problemlərin həlli istiqamətində tapşırıqlar verdi:

“Cənab Prezident öz humanistliyini, insansevərliyini nümayiş etdirdi, zəlzələdən sonra şəxsən özü gəlib bizimlə görüşdü, dəymiş zərərlə maraqlandı, lazımi tapşırıqlar verdi”.

N.Quliyeva bildirib ki, Prezidentin Şamaxıya səfəri zamanı insanlarla səmimi, mehriban davranışı qürurvericidir: “Fəxr edirik ki, bizim belə prezidentimiz var. Biz də vətəndaş olaraq hər zaman dövlət başçımızın fəaliyyətini dəstəkləyirik”.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.

DİGƏR Xəbərlər Arxiv