YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və İranın xarici işlər nazirləri fevral ayında Tehranda görüşəcəklər

Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif fevral ayında Tehranda görüşəcəklər.

Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.

Diplomat bildirib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevral ayının sonunadək İrana səfər edəcək.

Görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, 2017- ci ilin sonu və 2018-ci ildə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 6 dəfə Azərbaycan və Naxçıvana səfər edib.