YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Radikal müxalifət ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirir

“Anti-Azərbaycan dairələrdən aldıqları qrantlar qarşılığında onların sifarişlərini yerinə yetirən radikal ünsürlərin istəyi ölkəmizdə sabitliyin pozulmasıdır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

Millət vəkilinin sözlərinə görə, onlar bu məqsədlə müxtəlif təxribatlara əl atırlar: “Radikal müxalifət anti-Azərbaycan dairələrin əlində alətə çevrilib və ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirir, antimilli mahiyyətini nümayiş etdirir”.

“Bunlarla yanaşı, Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı çıxış edən, anti-Azərbaycan dairələrin xidmətçisinə çevrilən anti-milli ünsürlər sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə edirlər. Onlar Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirməklə yanaşı, həm də dağıdıcı çağırışlar ifadə edirlər. Dağıdıcı təfəkkürə malik olan bu ünsürlərin sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə etmələri Azərbaycan cəmiyyətində ciddi narazılıq və etirazla qarşılanır. Ümumiyyətlə, sosial şəbəkələrdə təhqir, böhtan xarakterli məlumatların yayılması, insanların şərəf və ləyaqətinin alçaldılması halları birmənalı şəkildə yolverilməzdir. Bu hallara qarşı qanunvericilik səviyyəsində mübarizə aparılması, belə hallara yol verənlərin konkret məsuliyyət daşıması, qanun qarşısında cavab verməsi zəruridir”,-deyə M. Həsənov bildirib.