YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Biz gənclərimizlə qürur duyuruq, onların dövlətçiliyə, Prezidentin siyasətinə göstərdikləri sədaqətə inanırıq

“Biz gənclərimizlə qürur duyuruq, onların dövlətçiliyə, Prezidentin siyasətinə göstərdikləri  sədaqətə inanırıq. Gənclər əmin olmalıdırlar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hədəflərindən biri gənclərin hərtərəfli inkişafı və onlara layiqli həyat şəraitinin yaradılmasıdır. Bunun üçün dövlətimiz tərəfindən bütün imkanlar yaradılır”. Bu fikirləri YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin bu istiqamətdəki siyasəti YAP-ın fəaliyyətində də əksini tapır. Onun sözlərinə görə, partiyamiz gənclərin fəallığını təmin etmək, onlar öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün bütün imkanları yaradır.

“Əmin olmalısınız ki, YAP bundan sonra da sıralarında birləşən gənclərin inkişafı üçün ən böyük platformadır və partiyamızın əzəmətli resursları gənclərin inkişafı üçün hər bir imkanı təmin edir. Bu gün  Azərbaycanın inkişafını gözü götürməyən, bundan qorxanlar sosial şəbəkələrdə dövlətimizə qarşı yalan, böhtan və təhqir kampaniyası aparırlar. İnkişaf edən, yüksələn Azərbaycanın reallıqlarını təhrif etmək, ona ləkə yaxmaq vicdansızlıqdır. Həyatımız tələb edir ki, gənclər daha geniş şəkildə bu və ya digər mesajların cəmiyyətə çatdırılmasında sosial şəbəkələrdən daha aktiv istifadə etməlidirlər. Gənclərimiz ölkənin gələcəyinə biganə deyillər və ona görə də ölkəmizdə həyata keçirilən siyasətin uğurlarını sosial şəbəkələr vasitəsilə təbliğ etməlidirlər. Xüsusilə, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin atdığı böhtanlara cavab verməlidirlər. İstərdik ki, bu baxımdan gənclərimiz ön mövqelərdə dayansınlar”-deyə, YAP Sədrinin müavini vurğulayıb.