YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Kobaxidze: Azərbaycan ilə münasibətlərə böyük önəm veririk

Axalkalaki rayonunun Bugaşen kəndində erməni hərbçiyə qoyulmuş abidə ilə bağlı məsələ Gürcüstanda hakim partiyada da ciddi müzakirə olunur.

Bu sözləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze parlamentin yaz sessiyasının fevralın 5-də keçirilmiş ilk iclasında söyləyib. Sədr bildirib ki, məsələ ətrafında ciddi müzakirələr gedir. Gələcəkdə bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün müəyyən tədbirlər görüləcək.

“Bizim Azərbaycan ilə çox yaxşı əlaqələrimiz var. Biz Azərbaycan ilə münasibətlərə böyük önəm veririk. Biz Azərbaycan dövləti, eləcə də digər qonşu ölkələrlə münasibətlərə xüsusi diqqət yetiririk. Azərbaycan ilə münasibətlərin korlanmasına imkan verə bilmərik. Məsələ Azərbaycan tərəfi ilə ətraflı müzakirə olunacaq. Azərbaycan tərəfi ilə həll oluna bilməyən məsələmiz yoxdur”, - deyə İ.Kobaxidze vurğulayıb.