YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Gənclər dövlətimizi beynəlxalq arenalarda kifayət qədər təmsil etməyi bacarırlar

“Ölkəmizdə çox uğurlu gənclər siyasəti modeli mövcuddur. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman gənclərə xüsusi diqqət göstərir”. Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini  Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, ölkəmizdə gənclər üçün yaradılan bütün imkanlar Azərbaycanda gənclər siyasətinin digər sahələrdə olduğu kimi dövlət başçısının birbaşa nəzarətində, diqqətindədir və bu sistemli xarakter daşıyır. Gənclərlə bağlı dövlət proqramları, layihələr həyata keçirilir ki, buna misal olaraq 2005-2009, 2011-2015, 2017-2021-ci illəri əhatə edən Dövlət Proqramları, Azərbaycan gənclərinin İnkişaf strategiyasını və digərlərini misal gətirə bilərik.

Azərbaycan gənclərinin kifayət qədər aktiv, yenilikçi olduğunu deyən millət vəkili qeyd edib ki, ölkə gəncləri dövlətimizi beynəlxalq arenalarda kifayət qədər təmsil etməyi bacarırlar: “Azərbaycan gənci anlayışı bu gün ən yaxşı nöqtəsindədir. Bu anlayışa baxdıqda, gənclərimizin kifayət qədər savadlı, müasir dünyanın çağırışlarına cavab verəcək şəkildə ölkəmizi təmsil edirlər. Təbii ki, bu da birbaşa ölkədə həyata keçirilən gənclər siyasətinin uğurudur”.

Ş.İsmayılov vurğulayıb ki, ölkəmizin bu sahədə digər uğuru gənclər siyasətinin dünyada model kimi qəbul olunmasıdır. Gənclər siyasətimiz digər ölkələr tərəfindən öyrənilir, qazanılan uğurlarımız başqa dövlətlər tərəfindən tətbiq edilir.