YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti Özbəkistana gedəcək

Fevralın 4-5-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin bir sıra istahsal şirkətlərinin rəhbərləri daxildir.

Azərbaycan nümayəndə heyətinin bəzi üzvlərinin Özbəkistanın Baş naziri Abdulla Aripov və Baş nazirin müavini Eler Qəniyevlə görüşü gözlənilir.

Həmçinin nümayəndə heyətinin üzvləri Özbəkistanın müvafiq nazirlik və şirkətlərinin rəhbərləri ilə də görüşlər keçirəcək, istehsalat sahələrinə baş çəkəcək.