YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransız senatorlar Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağrılı problemidir. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Bu qətnamələr erməni silahlı qoşunlarının qeyd-şərtsiz, tam və dərhal Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığı qeyd edilir.

Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Senatda bir qrup fransız senatorla görüşündə söyləyib.

Səfir sənədlər və faktlar əsasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin düşdüyünü, xalqımızın ermənilər tərəfindən etnik təmizləməyə məruz qaldığını qeyd edib. Minsk qrupunun təşkil etdiyi son görüş haqqında məlumat verən səfir sülh mühitinin yaradılması istiqamətində senatorların rolunun önəmini qeyd edib və onları bu istiqamətdə aktiv fəaliyyət göstərməyə çağırıb.

Görüşdə səfir Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrildiyini, ölkəmizin bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini diqqətə çatdırıb.

O, iqtisadiyyatımız, ölkəmizin müəllifi olduğu regional və beynəlxalq layihələr haqqında ətraflı məlumat verib. Avropa, Orta Asiya və Çini birləşdirən qədim İpək Yolunun yenidən bərpa edilməsindən və onun iki qitəni birləşdirən möhtəşəm rolundan söz açıb. O, nəqliyyat dəhlizinin ticarət daşımalarında rolundan, “ASAN xidmət”dən, Cənub Qaz Dəhlizindən, onun Avropanın enerji təhlükəsizliyində mühüm rolundan, dünyanın bir çox ölkələrinə göstərilən humanitar, texniki yardımdan bəhs edib. Bildirib ki, dünyəvi ölkə olan Azərbaycan müxtəlif xalqların nümayəndələrinin birgə, mehriban ailə kimi yaşadığı məkandır. Azərbaycan Avropa və İslam dünyası arasında fəal dialoq və əməkdaşlıq körpüsü rolunu oynayır. Bu, bütün region üçün sabitlik və təhlükəsizlik amilidir.

İkitərəfli əməkdaşlığa toxunan səfir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsində töhfələrini vurğulayıb. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətimizin təşviqində rolunu xatırladıb.

Sonda səfir senatorları maraqlandıran sualları cavablandırıb.