YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Ələkbərov: Ötən il 1500-dək səyyar vergi yoxlaması aparılıb

2018-ci ildə təxminən 1500-ə yaxın səyyar vergi yoxlaması aparılıb.

Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, keçən il aparılan səyyar vergi yoxlamaları 2017-ci ilə nisbətən 3 dəfə azalıb.