YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək

Yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 7-ci iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

İşçi Qrupunun iclasları növbəlilik prinsipi ilə hər iki ölkədə təşkil edilir, sonuncu - 7-ci iclas 2017-ci ilin noyabrında Berlində keçirilib.