YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Dövlət qulluğuna gənclərin qəbulu vətəndaşların dövlət qulluğuna qəbul prosesinin şəffaflığına olan inamını artırır

“Dövlət qulluğu ilə bağlı əsas məsələlər qanunvericilikdə öz əksini tapıb”. Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, dövlət qulluğuna gənclərin qəbulu vətəndaşların dövlət qulluğuna qəbul prosesinin şəffaflığına olan inamını artırır. Onun sözlərinə görə, 2016-cı il 31 may tarixində "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliklər kifayət qədər mütərəqqi idi.

“Amma indi qarşıya qoyulan yeni məsələlər mövcuddur. Mövcud bir sıra problemlərin qanunvericilik yolu ilə həlli ilə bağlı tövsiyələr verilib. Hazırda komitəmizdə bu iş həyata keçirilir. Bu işi Dövlət İmtahan Mərkəzinin hüquqşünasları ilə birlikdə icra edəcəyik”-deyə, komitə sədri vurğulayıb.