YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamil Aydın: Azərbaycana və Türkiyəyə qarşı ikili standartlara son qoyulmalıdır

Avropa Şurası Parlament Assambleyasında hökm sürən ikili standartlara son qoyulmalıdır. Demokratiyadan dərs deməyə çalışırlar, ancaq özləri demokratiyaya riayət etmirlər.

Bu fikri Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamil Aydın söyləyib.

Deputat qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycana və Türkiyəyə qarşı ikili standartlar nümayiş etdirilir. Biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Bu gün Azərbaycanın torpaqları işğal altındadır. Buna göz yummaq olmaz. Bizə qarşı sərgilənən ikili standartlara son qoyulana qədər mübarizəmizi davam etdirəcəyik. Sonda qalib gələcəyik, çünki haqlıyıq.

DİGƏR Xəbərlər Arxiv