YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviyanın xarici işlər naziri Avropaya enerji daşıyıcıları nəqlinin şaxələndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib

Latviya Respublikasının xarici işlər naziri Edqar Rinkeviç Seymdə xarici siyasət məsələlərinə həsr olunmuş debatlarda çıxış edib.

Nazir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib.

O deyib: “Latviya Respublikasının xarici siyasəti hər bir müasir demokratik dövlətə xas olan dəyərlərə - insan ləyaqətinə, insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə əsaslanır. Bu dəyərlər. Latviyanın xarici siyasəti tarazlaşdırılmış mənafelər siyasətidir”.

E.Rinkeviç öz çıxışında Latviyanın Şərq tərəfdaşlarını da xatırlayıb. Latviya XİN rəhbəri deyib: “Avropa İttifaqının Şərq Tərəfdaşlığı siyasəti Latviyanın xarici siyasətinin prioritet məsələsidir. Bu proqramın üzvü olan ölkələrə gəldikdə, digər avropalı müttəfiqlər kimi biz də aydın dərk edirik ki, Şərq tərəfdaşlarının hər biri özünün daxili və xarici siyasət xəttini müstəqil seçə bilər. Latviya Avropa qitəsində bəzi təsir dairələrinin güclənməsinə heç vaxt razılıq verməyəcək, çünki belə hallar adətən qanlı münaqişələrlə nəticələnir. Latviya Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirir. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışı davam etdirilməlidir”.