YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Edqars Rinkeviçs: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Latviya xarici işlər naziri Edqars Rinkeviçs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər.

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, nazir Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Edqars Rinkeviçsi təbrik edib, dost Latviya xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıb. Məktubda Elmar Məmmədyarov Azərbaycan-Latviya münasibətlərinin dərin tarixi köklərə malik olduğunu qeyd edib, hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib.

Latviya xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycanın Latviya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. O, ötən 25 il ərzində siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində konkret nəticələr görməkdən böyük məmnunluq duyduğunu və iki ölkə arasında əməkdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyindən əmin olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlər 1994-cü il yanvarın 11-də qurulub.