YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Davos Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından geniş imkanlar yaradır

“Davos Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından geniş imkanlar yaradır”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Dağlıq Qarabağ problemi də bu platforma vasitəsilə dünya birliyinə çaıdırılır. Onun sözlərinə görə, Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü bu baxımdan önəmlidir.

“Münaqişə tərəfləri arasında ən yüksək səviyyədə təmasların yaranması problemin həlli ilə bağlı Azərbaycanın maraqlarına cavab verə biləcək qərarın qəbulu üçün şərait yaradır. Belə ki, ölkə Prezidenti tərəfindən Azərbaycanın qəti mövqeyinin səsləndirilməsi hesab edirəm ki, bütövlükdə danışıqlar prosesinin xarakterinə ciddi təsir göstərir. Bu baxımdan Davosdakı görüş münaqişənin tənzimlənməsi istiqamətində ali səviyyədə təmasların davam etdirilməsi istiqamətində mühüm  addım kimi qiymətləndirilməlidir. Digər tərəfdən isə Ermənistanın yeni hakimiyyəti Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu, potenialını bir daha görür. Yəni nəzərə almaq lazımdır ki, Davos İqtisadi Forumunda xüsusilə diqqət mərkəzində olan iştirakçılardan biri də məhz Azərbaycan olub. Azərbaycan bu gün regionun nəqliyyat, kommunikasiyasını müəyyənləşdirən bir dövlətdir. Azərbaycan Böyük İpək Yolunun bərpasına ən ciddi töhfə verən bir ölkədir. Halbuki Ermənistanın bu istiqamətdə hər hansı bir fəaliyyətini qeyd etmək mümkün deyildir. Hesab edirəm ki, bütün bunlar işğalçı dövlətin də diqqətindən kənarda qalmayıb. Düşnürəm ki, Davos İqtisdi Forumu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında müəyyən müzakirələrin aparılması ümumilikdə münaqişənin tənzimlənməsi istiqamətində müəyyən irəliləyişlərə gətirib çıxara bilər”-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv