YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

David Zalkaliani: Gürcüstan ilə Azərbaycan arasında bütün vacib məsələlər üzrə qarşılıqlı dəstək mövcuddur

Gürcüstan ilə Azərbaycan arasında bütün vacib məsələlər üzrə qarşılıqlı dəstək, problemli məsələlərə bağlı isə adekvat yanaşmalar mövcuddur.

Bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani ölkəsinin Baş naziri Mamuka Baxtadze ilə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirilən görüşünü şərh edərkən deyib.

D.Zalkaliani deyib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Görüşdə iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq bir daha vurğulanıb. Tərəflər həyata keçirilən birgə layihələrə xüsusi diqqət ayırıblar. Mərkəzi Asiyadan yüklərin cəlb olunması baxımından Gürcüstan və Azərbaycanın nəqliyyat potensialı barədə də müzakirə aparılıb”.

Onun sözlərinə görə, görüşdə, həmçinin TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri də diqqət mərkəzində olub. Bildirilib ki, dünyada böyük rəqabət var. Ona görə də Gürcüstan və Azərbaycan nəqliyyat magistrallarının rəqabətliliyinin saxlanılması üçün birgə çalışmalıdır.