YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir

“2018-ci ildə respublikamızda bır sıra yeni sənaye müəssisələri istifadəyə verilib. Bu proses ölkəmizdə uğurla davam edir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, ötən il həmçinin  mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Onun sözlərinə görə, qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.

“Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" MMC-nin Polipropilen zavodu, İnşaat kimyəviləri zavodu, "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan metallar və ferroərintilər zavodu açılıb. Bundan başqa, 2018-ci ildə parkın ərazisində elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatların istehsalı müəssisələri fəaliyyətə başlayıb. Bu günlərdə isə Sənaye Parkının daha bir rezidenti - "SOCAR karbamid" zavodu istifadəyə verilib. 2019-cu ildə daha 5 müəssisənin istismara verilməsi nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir”-deyə, deputat qeyd edib.