Xəbərlər
Keçən il Gürcüstan Azərbaycandan 63,4 milyon dollarlıq elektrik enerjisi idxal edib
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını artırıb. Ötən il Azərbaycandan Gürcüstana 63 milyon 446,5 min dollarlıq elektrik enerjisi ixrac olunub.
Gürcüstanın Milli Statistika İdarəsindən verilən məlumata görə, qonşu ölkənin Azərbaycandan idxal etdiyi elektrik enerjisi dəyəri illik müqayisədə 16 milyon 331,2 min dollar və ya 35 faiz artıb.
Xatırladaq ki, 2017-ci ildə Gürcüstan Azərbaycandan 47 milyon 115,3 min dollarlıq elektrik enerjisi idxal edib.