YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: İcbari tibbi sığorta sistemin tətbiq edildiyi pilot rayonlarda nəticələr çox müsbətdir

“İnsanlar üçün tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir”. Bu fikri  Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi nəzərdə tutulur.  Buna görə də 2019-cu il icbari tibbi sığortaya keçid üçün “hazırlıq ili” elan olunub.  “Dövlət başçısının fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” yaradılıb. Bu qurum artıq öz işinə başlayıb. Həmin qurum gələcəkdə icbari tibbi sığortanın həyata keçirilməsində əsas rol oynayan təşkilata çevriləcək. İcbari tibbi sığortaya keçidin təmini üçün 1999-cu ildə qəbul edilmiş “Tibbi sığorta haqqında” qanuna mühüm dəyişikliklər olunub, icbari tibbi sığortanın tətbiqi qanunvericilik baxımından təmin edilib. Eləcə də, bu sistemin tətbiq edildiyi pilot rayonlarda icbari tibbi sığorta üzrə nəticələr çox müsbətdir”-deyə, Ə.Əmiraslanov qeyd edib.