YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir

 “Ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir”. Bu fikri Ailə, Qadın və Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki,  ildən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq doqquz milyon doqquz yüz mini ötüb.

“Bu gün Azərbaycanda 2 milyon yüz mindən çox ailə var. Ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün “Ailəlikcə kitabxanaya” layihəsi həyata keçirilir. Bu, həm uşaqlarımızın kitaba, mütaliəyə marağını artırır, həm də ailə üzvlərini bir-birinə daha da mehriban edir. Bizim maraqlı layihələrimizdən biri də “Ailə bayramı” və “Azərbaycan ailəsi” adlı filmlər festivalıdır. Festivalın əsas məqsədi kinematoqrafiyanın geniş imkanlarından istifadə edərək ailə dəyərlərinin, milli-mənəvi dəyərləri gənclər arasında təbliğ etməkdir”, - deyə Komitə sədri vurğulayıb.