YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb

2018-ci ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara yaxın olub ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur.

Bu barədə Ukrayna Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən il Azərbaycandan Ukraynaya 358 milyon 738 min dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 469 milyon 798 min dollar təşkil edib.

Beləliklə də 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.

Postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə Rusiyadan sonra ikinci yerdədir.