YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim Şükürov: Dövlət başçısının sərəncamı bilikli iqtisadi inkişaf modelinə keçidlə bağlı işlərin koordinasiya edilməsi ilə əlaqədardır

“Azərbaycan Prezidenti İlham Əliyevin 10 yanvar tarixində ölkəmizdə innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında imzaladığı Sərəncam bilikli iqtisadi inkişaf modelinə keçidlə bağlı işlərin koordinasiya edilməsi ilə əlaqədardır. Respublikada innovativ inkişaf üzrə hər bir nazirlik, komitə, ölkə başçısının fərmanı ilə yaradılan mərkəzi icra hakimiyyəti orqanlarının yaratdığı publik hüquqi şəxslər, dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylara nəzarət zərfinin dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən innovativ inkişafla əlaqədar həyata keçirilən işlərin koordinasiyası üzrə təşkilatı məsələləri özündə əks etdirən sərəncam gələcəkdə əlaqəli işləri təşkil etməyə sövq edir”. Bu fikirləri AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov deyib.

N.Şükürov bildirib ki, sərəncama əsasən Nazirlər Kabinetinə ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqlarla təchiz edilən elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların reyestrinin tərtib olunması və aparılması qaydasının Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlanaraq Dövlət başçısı ilə razılaşdırılmaqla 3 ay müddətinə təsdiq edilməsi nəzərdə tutulub.

“Bir çox nazirlik və qurumlarda elmi tədqiqat institutları, mərkəzlər, onların laboratoriyaları və tədqiqat infrastrukturları olsa da, bu günə qədər onların icmallaşmış şəkildə reyestri hazırlanmayıb. Lakin sərəncamdan sonra respublikada mövcud olan tədqiqat institutlarının, infrastrukturlarının bütün məlumatları, onlarda mövcud olan avadanlıqlar haqqında, tədqiqat işlərinin istiqaməti barədə lazımi, zəruri informasiyalar reyestrdə əks olunacaq ki, bu da gələcəkdə tədqiqat qurumlarına, laboratoriyalara hansı layihələr üzrə tədqiqat işlərinin aparıldığı, perspektivləri, gələcəkdə iqtisadiyyatda onların hansı istiqamət üzrə tətbiqi, səmərəliliyi və perspektivinin nədən ibarət olduğunu, lazım olan investisiya məbləği, biznes planı haqqında respublikada ümumi informasiyanın mövcudluğuna imkan yaradacaq. Sərəncamdan irəli gələrək AMEA Nazirlər Kabineti ilə birgə reyestri tərtib edərək, onun aparılma qaydasını müəyyənləşdirəcək. Məlumatlar innovativ inkişaf üzrə görülən işlərdə istifadə olunacaq ki, bu da Azərbaycanın bilikli iqtisadiyyata, yeni inkişaf modelinə keçməsinə bir vasitə olacaq. Hazırda Nazirlər Kabineti ilə AMEA arasında bu istiqamətdə işlərə başlanılıb. AMEA-nın prezidenti akademik Akif Əlizadə Sərəncamın icrası ilə bağlı tapşırıqlar verib və nəzərdə tutulan işlər qısa müddətdə həyata keçiriləcək”-deyə, N.Şükürov qeyd edib.