YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” missiyası formatında keçiriləcək görüşündə iştirak etmək üçün Brüsselə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbir yanvarın 15-16-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.