YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Həyata keçirilən uğurlu siyasət Azərbaycanı güclü və milli maraqları qətiyyətlə qoruyan dövlətə çevirib

“Həyata keçirilən uğurlu siyasət Azərbaycanı  güclü və milli maraqları qətiyyətlə qoruyan dövlətə çevirib”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, hazırda Azərbaycan Cənubi Qafqaz coğrafiyasının bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyır. Eyni zamanda, respublikamızın ölkənin güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir.
“Sözsüz ki, müasir geosiyasi vəziyyətdə, siyasi çağırışların və xarici risklərin mövcud olduğu dövrdə müəyyən edilmiş siyasi hədəflərə çatmaq o qədər də asan olmayıb. Şübhəsiz, son illərdə əldə edilən bütün bu nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik daxili və xarici siyasət kursu dayanır. Bu bir həqiqətdir ki, Ulu öndərin daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezidentimiz cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Onu da  qeyd edim ki, başa vurduğumuz 2018-ci il də Azərbaycan üçün uğurludur. Əldə edilən nailiyyətlər ölkəmizin beynəlxalq imicinin artması ilə yadda qalıb. Bu il ərzində Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı mövqeyini qoruyub saxlayıb”-deyə, T.Rzayev qeyd edib.